Bizim Təkliflərimiz

01.

Türkiyədən çatdırılma

iDostum sizə bağlamalarınızın Türkiyədən birbaşa seçdiyiniz ünvana çatdırılmasını təklif edir. Şirkətimizin bu xidməti ilə siz, bağlamalarınızı daha sürətli, etibarlı və rahat şəkildə əldə edə bilərsiz. Beləliklə, Bakı şəhəri və kəndlərinə əlavə kuryer və ya başqa ödəniş etmədən sifarişinizi qapınızda təhvil alma şansı əldə edirsiniz. Sifarişiniz xarici anbara daxil olduğu gündən 3-9 gün ərzində qeyd etdiyiniz ünvana çatdırılır.

Təklif etdiyimiz bu xidmətdə, şəxsi hesabınızdan rahatlıqla bağlamanın harda olduğunu izləyə bilərsiniz. Həmçinin, balansı onlayn artırmaq və ya çatdırılma ödənişini birbaşa kartdan onlayn ödəmək mümkündür.

02.

Mənim üçün sifariş et

Müştərilərinin rahatçılığını düşünərək göstərdiyimiz bu xidmətdən istifadə etmək üçün, istədiyiniz Türkiyə saytındakı məhsulun linkini və məhsul barədə (sayı, ölçüsü, rəngi və ümumi qiyməti) məlumatları bizə göndərməyiniz kifayət edir. Əlavə olaraq, məhsulun qiymətinin 5% dəyərində xidmət haqqı ödəyirsiniz.

03.

Operativ müştəri xidmətləri

Suallarınızı cavablamaq məqsədi ilə Müştəri xidmətlərimiz operativ xidmət göstərir. Saytımızda qeyd edilən təlimatlara baxmayaraq, əgər qeydiyyatla bağlı hər hansı çətinliyiniz yaranarsa, “Əlaqə” bölməsindən bizə müarciət edə bilərsiniz. iDostum qeydiyyatınızı bitirdikdən sonra yarana biləcək hər hansı bir sualınızı, bizə canlı çat, e-mail və ya sorğu yaradaraq göndərə bilərsiniz.

04.

Mənə Zəng Et

Dəyərli müştərilərimizin zəng edərək saatlarca növbədə gözləməməsi üçün, “Mənə zəng et” xidmətindən istifadə etmələrini təklif edirik.