Sual-Cavab

*Qeydiyyat prosesində ingilis hərflərdən istifadə edin

Qeydiyyatdan keçərək iDostum-da şəxsi kabinet əldə edirsiniz. Şəxsi kabinet vasitəsi ilə sifarişlərinizi iDostum-un xaricdə yerləşən anbarda qəbul edilməsi, Azərbaycan Gömrük xidmətindən keçirilməsi və sizə çatdırılması xidmətlərindən istifadə edə biləcəksiniz.

Aşağıda qeyd edilən məlumatlar Azərbaycan Gömrük xidmətində sizin sifarişlərinizi rahat və düzgün bəyan etmək üçündür.

  • Ad və Soyad – sizin adınız və soyadınız.
  • Email – vacib məlumatlarla bağlı, şəxsi kabinetinizə daxil olmaq üçün istifadə edilir. Şifrəni unutduğunuz halda email vasitəsi ilə şifrənizi bərpa edə bilərsiniz.
  • Mobil Nömrə - qeydiyyatı tamamlamaq üçün işlək mobil nömrəyə sahib olmalısınız, əks halda qeydiyyatı tamamlaya bilməyəcəksiniz. Çatdırılma zamanı xidmətin keyfiyyətini artırmaq üçün iDostum sizinlə əlaqə saxlaya bilər.
  • Sənədin Nömrəsi – sizin şəxsiyyət vəsiqənizin seriya (AZE, AA) və nömrəsi.
  • FİN Kod – sizin şəxsiyyət vəsiqənizdə qeyd olunan FİN kod.
  • Şəhər və Ünvan – Şəxsiyyət Vəsiqənizdə qeyd olunan qeydiyyat ünvanı.
  • Şifrə - Şifrə ən az 6 simvoldan ibarət olmalıdır və sizin şəxsi məlumatlarınızı qorumaq üçündür. Şəxsi kabinetinizin şifrəsini heç kimlə bölüşməyin. iDostum-un əməkdaşları heç vaxt sizin şəxsi kabinetinizin şifrəsini istəmir.
  • İstifadəçi şərtləri – istifadəçi şərtlərini qəbul etməklə siz iDostum təklif etdiyi xidmətlərdən yararlanmaq üçün razılaşırsınız.

FİN kod – şəxsiyyət vəsiqəsinin Fərdi İdentifikasiya Nömrəsidir. Fərdi identifikasiya nömrəsi, şəxs barəsində dövlət reyestrinə daxil edilən məlumatları müəyyən etməyə imkan verən, qanunla müəyyən olunmuş qaydada təqdim edilən təkrarolunmaz koddur.

 

Türkiyənin onlayn mağazalarından alış-veriş edərkən Türkiyə daxili ünvan kimi iDostum-un Türkiyədə yerləşdiyi anbarın ünvanı olmalıdır. iDostum-un Türkiyədə yerləşdiyi ünvanı siz Şəxsi kabinetinizdə “Xaricdəki Ünvanlarım” bölməsində tapa bilərsiniz və həmin məlumatları Türkiyədə onlayn mağazasının adres bölməsinə qeyd edin.

Əlavə olaraq, şəxsi kabinetinizdən “Mənim üçün sifariş et” xidmətindən istifadə edərək məhsul sifarişini həyata keçirə bilərsiniz.

Çatdırılma xidmətinin tarifləri haqqında idostum.com saytının əsas səhifəsi və ya “Tariflər” bölməsindən məlumat ala bilərsiniz. iDostum-da çatdırılma qiymətləri, qrama-qram üsulu ilə hesablanır. Yəni, sifariş olunmuş məhsulun faktiki çəkisini “kg” üçün qeyd edilən qiymətə tətbiq etməklə sifarişinizin çatdırılma qiymətin hesablaya bilərsiniz. Bu üsul müştərilərin çatdırılma xidmətinin qiymətini hesablamasını daha rahat, asan və sərfəli edir.

Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının metrik standartlarına uyğun olaraq sifariş etdiyiniz bağlamanın hər hansı tərəfi (en, uzun, hündürlük) 1 (bir) metrdən artıq olarsa çatdırılma haqqını müəyyən etmək üçün bağlamanın fiziki və həcm çəkisi hesablanır və alınan göstəricilərdən böyük olanı daşınma haqqının hesablanması üçün əsas çəki kimi qəbul edilir.

Həcm çəkisi hesablama formulası

En (sm) x Uzunluq (sm) x Hündürlük (sm)/6000 = Həcm çəkisi (kq) 

Çatdırılma haqqını rahat və düzgün hesablamaq üçün əsas səhifədə və ya Tariflər bölməsində kalkulyatordan istifadə edə bilərsiniz.

"Mənim üçün sifariş et" xidməti nədir?

Bəyəndiyiniz məhsulu Türkiyənin onlayn mağazasında Azərbaycan ödəmə kartı ilə texniki və ya başqa məhdudlaşmalara görə əldə edə bilmədiyiniz halda iDostum-un “Mənim üçün sifariş et” xidmətinnən yararlana bilərsiniz. Xidmətdən yararlanmaq üçün sifariş etmək istədiyiniz Türkiyənin onlayn mağazasının məhsulun linkini bizə göndərin. “Mənim üçün sifariş et” xidmət haqqı sifarişinizin ümumi dəyırindən 5%-ə bərabərdir.

Necə link göndərə bilərəm?

Türkiyənin onlayn mağaza saytına daxil olaraq istədiyiniz məhsulu seçdikdən sonra, məhsulun linkini kopyalayaraq iDostum.com saytında Şəxsi kabinetinizdən "Mənim üçün sifariş et" bölməsinə daxil olub və bizim sizin yerinizə sifariş etmək istədiyiniz məhsulun məlumatlarını daxil edin (onlayn mağazada məhsulun linki, məhsulun sayı, məhsulun rəngi, məhsulun ölçüsü, məhsulun TL qiyməti, məhsulun Türkiyə daxili karqosu, əlavə qeyd (əgər varsa)). Məlumatları qeyd etdikdən sonra siz qeyd etdiyiniz məhsulun toplam TL qiymətinə “Mənim üçün sifariş et”  5% (faiz) TL dəyərində xidmət haqqı əlavə olunacaq. Toplam qiymət qeyd olunduqdan sonra sifarişinizi Səbətə ata bilərsiniz. Növbəti mərhələdə, sifarişinizi səbətə ataraq yenidən baxış keçirdikdən sonra sifarişinizi tamamlayın. “Mənim üçün sifariş et” xidmətindən yararlanmaq üçün sizin iDostum balansınızda kifayət gədər TL olmalıdır. Bir neçə sifariş etmək istəyirsinizsə, “Yeni link əlavə et” düyməsinə klikliyərək bir neçə sifarişi Səbətə ata bilərsiniz. Məhsulun sifarişi ən geci 3 (üç) saat ərzində tamamlanır.

"Mənim üçün sifariş et" xidmətindən istifadə etdikdə bəyan etmək mütləqdirmi?

Bu xidmətdən istifadə edildiyi təqdirdə, iDostum.com saytında bəyannamə bizim əməkdaşlar tərəfindən əlavə edilir. SmartCustoms üçün isə, müştəri özü hesabına daxil olaraq bəyannamə əlavə etməlidir.

iDostum “Mənim üçün sifariş et”-lə göndərilən məhsullarının sifarişlərini növbəli və sürətli şəkildə gərçəkləşdirir.

iDostum “Mənim üçün sifariş et”-lə göndərilən məhsullarının sifarişlərini müştəri qeyd etdiyi qiymətdən çox olarsa heç vaxt müştərinin icazəsi olmadan sifariş etmir.

iDostum.com saytında siz Şəxsi kabinetinizə daxil olaraq "Çatdırılma" və "Mənim üçün sifariş et" xidmətlərindən sürətli istifadə etmək üçün balansınızı artırmağınız mümkündür.

Balansın artırılması və ödəniş məbləğlərinin rahat hesablanması üçün əsas səhifədə və ya Tariflər bölməsində kalkulyator və online valyuta mübadilə mövcuddur.

AZN cari balans (₼)

Çatdırılma ödənişi etmək üçün hesabınıza yüklədiyiniz məbləği əks etdirir.

TRY cari balans (₺)

"Mənim üçün sifariş et" xidmətindən istifadə etmək üçün balansınıza yüklədiyiniz məbləği əks etdirir.

Cashback balans

Refferal link göndərərk çağırdığnız dostunuzun ilk sifarişindən gələn məbləği əks etdrir.

“Hesabat bax və endir”

Balansla bağlı məlumatları daha rahat idarə etmək üçün “Hesabat bax və endir” düyməsini klikliyərək transaksiyalarınıza bir başa Şəxsi Kabinetinizdən baxa ya da .csv fortmatında yükləyə bilərsiniz.

Necə balans artıra bilərəm?

"Balans" bölməsinə daxil olaraq, valyutanı seçib, artirmaq istədiyiniz məbləği qeyd edərək hesabınızı artıra bilərsiniz.

iDostum-la siz çatdırılma xidmət haqqını balans artırmadan da, bir başa bank kartı vasitəsi ilə ödəmək mümkündür.

iDostum balans artırmaqda və ya bir başa bank kartı ilə ödəmələrdə öz tərəfdən heç bir əlavə komissiya tədbiq etmir.

iDostum təklif etdiyi xidmətlərinə görə nağd ödənişləri qəbul etmir.

Mağaza bağlamanın çatdırıldığını bildirir, status bölməsində gözlənilir qeyd edilib

Belə bir halnan qarşılaşdığınız təqdirdə, 24 saat erzində status dəyişikliyi olmasa şəxsi hesabınızdan sorğu yaratmağınız və mağazanın sizə çatdırılma barədə göndərdiyi bildirişi bizə göndərməyiniz xahiş olunur.

Bağlamam haqqında məlumatları necə dəyişə bilərəm

Bağlama xarici anbara çatana qədər əgər hansısa məlumatı dəyişmək istəyirsinizsə, Bağlamalar bölməsinə daxil olaraq ən sonda olan   işarəsinin aşağısında olan üç qoşa nötəyə kliklədikdən sonra ”Dəyiş” sözünə daxil olun.

Bağlamanın çatdırılma ödənişini necə edə bilərəm

Bağlamalar bölməsində çəki hesablanmış bağlamanı (bağlamaları) seçərək sağ üst tərəfdə qeyd edilmiş “Hamısını ödə” düyməsinə klikləyin.

"Ünvanlarım" böməsinə daxil olduqdan sonra, "Ünvan əlavə et" bölməsinə klikləyin. Daha sonra, sifarişin çatdırılmalı olduğu ünvanı yazın və ya xəritə üzərindən seçin. Əgər xəritə yox özünüz qeyd edirsinizsə, xahiş olunur xəritədə ünvanı dəqiq olaraq yoxlayın. Küçələrin adı dəyişdiyindən, xəritə yan küçəni göstərə bilər. Ele olduğu təqdirdə, xəritə üzərindən ünvanı dəqiq qeyd edə bilərsiniz. Əgər qeyd etdiyiniz ünvan həyət evidirsə, ünvanı qeyd etməyiniz və başlıq əlavə etməyiniz kifayətdir. Xəritənin aşağısında olan Əlavə qeyd bölməsinə, qeyd etdiyiniz ünvanı tapmaq üçün əlavə məlumata ehtiyac varsa və ya çatdırılma prosesini asanlasşdıracağını düşünürsünüzsə əlavə məlumat qeyd etməyiniz xahiş olunur. Bina evi seçdiyiniz təqdirdə, ünvandan əlavə bina, blok, mərtəbə və mənzil nömrəsi qeyd etməyiniz xahiş olunur. Xəritənin aşağısında olan qeyd bölməsi bina evi üçündə eyni şərtlərlə keçərlidir. Hər iki halda ünvan əlavə etdikdən sonra, Yadda saxla düməsinə klikləməyi unutmayın.

"Ünvanlarım" böməsinə daxil olduqdan sonra, "Məntəqədən seç" bölməsinə klikləyin. Məntəqələr, sizə uyqun olan ərazilərdəki bağlamalarınızı götümək üçün seçilmiş yerlərdir. Məntəqələr vasitəsi ilə, heç bir sıra gözləmədən və əlavə ödəniş etmədən rahatlıqla bağlamanızı ala bilərsiniz.

Məntəqənin iş günləri və iş saatları

İş günləri və iş saatları məntəqəyə xəritə uzərində klikliyəndə qeyd olunur

Məntəqənin ünvanı

Ünvan məntəqəyə xəritə uzərində klikliyəndə qeyd olunur

iDostum-un Türkiyədə yerləşdiyi anbarın sifarişləri qəbul etmə qrafiki:

Bazar ertəsi – Cümə: 09:00 – 19:00

Şənbə: 09:00 – 17:00

Bazar: Qeyri-iş günü

iDostum Müştəri Xidmətləri:

Bazar ertəsi – Cümə: 10:00 – 19:00

Şənbə: 10:00 – 16:00

Bazar: Qeyri-iş günü

iDostum sifarişlərin Bakı daxili çatdırılması:

Bazar ertəsi – Cümə: 09:00 – 18:00

Şənbə – Bazar: Qeyri-iş günü

Sifarişinizi onlayn mağazada etdikdən sonra satıcı tərəfindən sizə sifariş etdiyiniz məhsula aid məlumatlar (onlayn qəbz, invoys)  və sifarişinizin Türkiyə daxili iDostum anbarına qədər çatdırılma kodu (Tracking ID) təqdim edirilir.

Bizim sizin sifarişinizi daha da sürətli və keyfiyyətli şəkildə qəbul edib icra etməyimiz üçün siz, Şəxsi kabinetinizdə “Öncədən Bəyan Et” hissəsinə daxil olaraq sifariş etdiyiniz məhsulun məlumatlarını daxil edin.

Sifarişlərinizi, satıcıdan sifarişinizə aid məlumatları əldə etdikdən dərhal sonra idostum.com saytında bəyan etməyiniz xahiş olunur. Məlumatların düzgün qeyd edilməsi bağlamanın vaxtında çatdırılmasının ilkin şərtidir.

iDostum Azərbaycan Respublikası Dövlət Gömrük komitəsi tərəfindən rəsmi olaraq qeydiyyata alınıb və buna görə siz iDostum-la ölkəyə çatdırılacaq sifarişlərinizi SmartCustoms portalına daxil olaraq rahat təsdiqləyə bilərsiniz.

iDostum SilkWay West hava yolu daşıyıcı şirkət ilə sifarişlərinizi ölkəyə çatdırır. Standard yüklərin göndərilməsi həftə içi 2 (iki), Mayə yüklərin göndərilməsi həftə içi 1 (bir) dəfə həyata keçirilir. Sifarişiniz bizim Türkiyədə yerləşən anbarımıza daxil olduqdan və müştəri tərəfindən bəyannamələrin əlavə etdikdən sonra 3 – 6 gün (ən gec 9 gün) ərzində müştəri seçdiyi ünvana çatdırılır.

Gömrük qanunvericiliyinə edilən son dəyişikliyə əsasən bağlamanız "Xarici anbardadır" statusu aldıqdan sonra "Smart Customs" mobil proqram təminatı və ya e.customs.gov.az vasitəsi ilə məhsulunuzu sizə təqdim edəcəyimiz "IDS" ilə başlayan izləmə nömrəsini (bağlama nömrəsini) qeyd etməklə (məs: IDS1234) bəyan etməyiniz mütləqdir. Əks halda bağlamanız Bakıya göndərilməyəcəkdir.

“Smart Customs” mobil tətbiqindən və ya e.customs.gov.az veb saytından bəyanetmə «ASAN Login» sisteminə daxil olmaqla yalnız «Fərdi identifikasiya nömrəsi» (FİN), «Elektron-imza» və ya «ASAN İmza» vasitələri ilə mümkündür. İdentifikasiya vasitələrindən müvafiq olaraq biri seçilməlidir. "Bağlamanız xarici anbardadır" SMS bildirişini aldıqdan sonra bağlamanızı bəyan edə bilərsiniz.

Qeyd 1: Şəxsiyyət vəsiqənizin vaxtı bitdiyi və ya mobil nömrə sizin adınıza olmadığı halda «ASAN Login» sistemində qeydiyyatdan keçmək mümkün olmayacaq. Proqram təminatına daxil olduqda şifrənizi daxil etdikdən sonra “Mən robot deyiləm” xanası işarələnməlidir.

Qeyd 2: Bəyan olunmayan bağlamanı Gömrük orqanının tələbinə əsasən Azərbaycana göndərə bilmərik.

Aşağıda olan link-ə keçid edərək tətbiqi endirə bilərsiniz.

Android: https://play.google.com/store/apps/details?id=com.crocusoft.smartcustoms

IOS: https://apps.apple.com/us/app/smart-customs/id1500376466

Web: https://e.customs.gov.az

Azərbaycan Respublikasının Qanunvericiliyinə əsasən fiziki şəxslər hər təqvim ayı ərzində ölkəyə ümumi dəyəri 300 ABŞ dolları ekvivalentində əlavə gömrük rüsumları ödəmədən yük idxal edə bilər.

Sifarişlərinizin toplam məbləği sifarişin invoys qiymətini və ölkəyə çatdırılma qiymətindən ibarətdir.

iDostum.com saytında Şəxsi kabinetinizə daxil olduqda sizin rahatçılığınız üçün üst hissədə təqvim ay ərzində ölkəyə idxal olunan sifarişlərin ABŞ dolları ekvivalentində toplam məbləğini görəcəksiniz. Qeyd edək ki, bu məbləğ yalnız iDostum vasitəsi ilə çatdırılan sifarişlərinizə aiddir.

Təqvim ay ərzində sifariş etdiyiniz ölkəyə idxal olunan yüklərin 300 ABŞ dolları keçdikdən sonra əlavə gömrük rüsumunu ödəməlisiniz.

Əlavə gömrük rüsumunun ödənişi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən təqdim olunmuş SmartCustoms sistemi vasitəsi ilə edə bilərsiniz. Bu sistem vətəndaşlara gömrük rüsumlarının ödəmə prosesini gömrük orqanların ofislərinə getmədən, rahat şəkildə sayta daxil olaraq ya da mobil tədbiqdən istifadə edərək rüsumları onlayn ödəmə imkanını yaradır və ümumi prosesi çox sürətli və şəffaf edir.