Şərtlər və qaydalar

 

1. Əsas anlayışlar

Hazırkı şərtlər İDostum MMC-nin müxtəlif ölkələrdə yerləşdirdiyi anbarlarına istənilən sifarişçi tərəfindən internet üzərindən alış zamanı daxil olan və sifarişçiyə çatdırılana qədər onlar arasında olan münasibətləri tənzimləyir.

1.1. Sifarişçi – www.idostum.com saytında qeydiyyatdan keçmiş və İDostum MMC-nin göstərdiyi xidmətlərdən istifadə edən istənilən fiziki və ya hüquqi şəxs.

1.2. Daşıyıcı – İDostum MMC.

1.3. Şəxsi kabinet - istənilən fiziki və ya hüquqi şəxs www.idostum.com saytında qeydiyyatdan keçdiyi zaman ona təqdim olunan fərdi hesab.

1.4. Müştəri kodu – istənilən fiziki və ya hüquqi şəxs www.idostum.com saytında qeydiyyatdan keçdiyi zaman ona təqdim olunan fərdi hesab nömrəsi.

1.5. Şəxsi məlumatlar – istənilən fiziki vəya hüquqi şəxsin www.idostum.com saytında qeydiyyatdan keçdiyi zaman göstərdiyi və şəxsən ona aid olan məlumatlar (ad, soyad, ünvan, e-poçt, və s.).

1.6. Qadağan edilmiş yüklər - Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə ölkə ərazisinə idxalı qadağan edilmiş və yaxud məhdudlaşdırılmış yüklər.

1.7. Daşınma – sifarişçi tərəfindən internet üzərindən alış zamanı daşıyıcının anbarına daxil olan yüklərin daşıyıcı tərəfindən sifarişçiyə çatdırılmasına dair bütün prosedurlar nəzərdə tutulur.

1.8. Digər xidmətlər – daşınmadan əlavə yüklərin sifarişçiyə çatdırılmasına dair,lakin bununla məhdudlaşmayan yüklərin saxlanması, çeşidlənməsi, yenidən qablaşdırılması və s. Sifarişçi qəbul edir və razılaşır ki, iDostum MMC yüklərin daşınması və çatdırılmasına dair xidmətlərin göstərilməsi üçün üçüncü şəxslərlə müraciət edə və subkontrakt müqavilələr imzalaya bilər.

 

2. Şərtlərin qəbul edilməsi

2.1. Sifarişçi internet üzərindən alış zamanı yüklərin çatdırılması üçün, İDostum MMC-yə həmin yüklərin daşınması üçün təqdim (bilavasitə müxtəlif ölkələrdə yerləşən anbarlara özü və yaxud ticarət ) etdiyi andan hazırkı şərtləri tam anlayır, tanış olur və qəbul edir. Hazırki şərtlər qeyd olunan yüklərin İDostum MMC-yə daşınma üçün təqdim olunan andan çatdırılmasına qədər olan bütün digər prosedurları (yüklərin saxlanması, çeşidlənməsi, yenidən qablaşdırılması və s) əhatə edir və tənzimləyir.

 

3. Tərəflərin vəzifələri və hüquqları

3.1. Tərəflər aşağıda qeyd olunan öhdəlikləri anlayır, qəbul edir və icrasını təmin edir:

· Sifarişçi öz şəxsi məlumatlarının daşıyıcı tərəfindən yığılması, saxlanılması, istifadə edilməsi və ötürülməsinə dair razılığı İDOSTUM MMC-yə verir.

· Sifarişçi daşınma üçün göndərilən yük barədə məlumatların (çəki, əşyaların sayı və s.) tam, düzgün və faktiki olaraq göstərilməsini, yükün üzərinə label düzgün və qaydalara müvafiq vurulmasını təmin edir. Yüklər barədə hər hansı məlumatın göstərilməməsi və ya səhv göstərilməsi nəticəsində daşıyıcı yük barədə heç bir məsuliyyət daşımır.

· Sifarişçi ünvanı (poçt indeksi və s.) tam, düzgün göstərir və yükü müşahidə edən sənədlər üzərində oxunmaya yararlı vəziyyətdə olmasını təmin edir.

· Sifarişçi daşınma üçün İDOSTUM MMC-yə təqdim etdiyi yüklərin düzgün və daşınma zamanı yarana bilən risklərdən kifayət dərəcədə qoruyan qaydada qablaşdırılmasını təmin edir.

· Sifarişçi daşınma üçün təqdim etdiyi yüklər Azərbaycan Respublikasının qanunvericiliyi ilə ölkə ərazisinə idxalı qadağan olunmayan və yaxud məhdudlaşdırılmayan yük (yüklər) olmasını təmin edir.

· Sifarişçi internet üzərindən alış zamanı müvafiq ölkənin qanunvericiliyinin tələblərini pozmayır və buna görə özü məsuliyyət daşıyır.

· Sifarişçi yükü müşahidə edən bütün sənədlərin tam və düzgün olaraq doldurulmasını təmin edir.

· Sifarişçi idostum.com saytında vaxtaşırı yerləşdirilən yeniliklər və dəyişiklikləri izləyir. Bu cür yenilik və dəyişikliklərin sifarişçi tərəfindən izlənilməməsi və yaxud öhdəliklərin icrasından boyun qaçırılması məqsədilə istifadəsi əsassız sayılır.

· Sifarişçi İDOSTUM MMC-nin yüklərin daşınması və çatdırılmasına dair xidmətlərin göstərilməsi məqsədi ilə üçüncü şəxslərə müraciət etməsinə və bununla əlaqədar subkontrakt müqavilələrin imzalaya bilməsinə razıdır.

· Sifarişçi internet üzərindən alış zamanı çatdırılma ünvanı (İDOSTUM MMC-nin müvafiq ölkədə anbar ünvanı) və şəxsi məlumatları tam və düzgün göstərməlidir. Sifarişçi tərəfindən internet üzərindən alış zamanı çatdırılma ünvanı və yaxud şəxsi məlumatlar səhv və yaxud yalnış doldurularsa və nəticə etibarı ilə bu yüklərin çatdırılmasında problem yaradarsa və yaxud çatdırmanı ümumiyyətlə mümkünsüz etdiyi halda İDOSTUM MMC heç bir məsuliyyət daşımır.

· Sifarişçi www.idostum.com saytında ona ayrılmış öz şəxsi hesabı vasitəsilə yükün anbara daxil olmasını izləyir.

· Sifarişçi tərəfindən müvafiq ölkənin qanunvericiliyinin tələblərinin pozması nəticəsində daşıyıcıya qarşı tətbiq oluna biləcək/olunan istənilən cərimə və məsuliyyətə görə yaranan bütün xərcləri ödəməyi qəbul edir öz öhdəsinə götürür.

· Sifarişçi yüklərin daşınması ilə əlaqədar olaraq yüklər barədə səhv və yaxud yalnış məlumatın/ları göstərdiyi təqdirdə və bunun nəticəsində yaranan cərimələrə, sanksiyalara və s. görə özü tam və hərtərəfli məsuliyyət daşıdığını anlayır və qəbul edir.

· Sifarişçinin təqdim etdiyi yüklər Azərbaycan Respublikasının ərazisinə idxalı zamanı qadağan olan və yaxud məhdudlaşdırılan mallara aid olması müəyyən edilərsə, sifarişçi birbaşa məsuliyyət daşıyır. Belə yüklərin ölkə ərazisinə idxalına görə daşıyıcıya qarşı tətbiq olunan cərimə, sanksiya və s. tutumlara görə sifarişçi məsuliyyət daşıdığını anlayır və onların ödənilməsini öz öhdəsinə götürür.

· Daşıyıcının müvafiq ölkədə anbarına daxil olan zədələnmiş yük və yaxud yüklərin, hissə/hissələrində zədələnmə faktı olduğu halda və bu barədə məlumat daşıyıcıya yükün/yüklərin təhvil verildiyi an bildirilmədiyi halda daşıyıcı heç bir məsuliyyət daşımır.

· Daşıyıcı yükün keyfiyyəti və yararlığına görə heç bir məsuliyyət daşımır.

· Daşıyıcı yükün zədələnməsi faktının araşdırılması hüququnu özündə saxlayır.

· Daşıyıcı, daşınılmaya qadağan olunmuş və zədələnmiş bağlamalar istisna olmaqla, bağlamaların xarici anbardan geri qaytarılması xidmətini göstərmir.

· Bağlamaların xarici anbardan geri və ya digər ünvana göndərilməsi həyata keçirilmir.

· Daşıyıcı daşıma və çatdırılma məqsədilə üçüncü şəxslərə müraciət etdiyi halda və yaxud onlarla subkontrakt bağladığı halda sonuncuların fəaliyyətində yaranan dayanmalar və gecikmələrə görə sifarişçinin qarşısında heç bir məsuliyyət daşımır.

· Daşıyıcı sifarişçi tərəfindən öhdəliklərin tam və yaxud qismən icra etmədiyi halda ona xidmət göstərməyi müvəqqəti və yaxud tam dayandıra bilər.

· Daşıyıcı daşıma ilə əlaqədar yaranan sifarişçinin bütün suallarını mümkün əlaqə vasitələri ilə (e-mail, telefon, sayt üzərindən və s.) cavablandırmağa borcludur.

· Daşıyıcı sifarişçi tərəfindən təqdim olunmuş səhv və yaxud yalnış məlumata görə sifarişçiyə dəymiş ziyana görə heç bir məsuliyyət daşımır.

· Daşıyıcı hazırkı şərtlərə, tariflərə, xidmətlərin göstərilməsi şərtlərinə birtərəfli qaydada dəyişikliklərin edilməsi hüququnu özündə saxlayır və bununla əlaqadar olaraq sifarişçi daimi olaraq www.idostum.com yerləşdirilən yenilikləri izləməlidir. Daşıyıcı sifarişçinin ona təqdim etdiyi şəxsi məlumatları yüklərindaşıma və çatdırılması məqsədləri üçün istifadə hallarından başqa heç bir halda üçüncü şəxslərə yaymır və ötürmür.

· Daşıyıcı onun müvafiq ölkədəki yerləşən anbarına sifarişçinin yükünün üçüncü şirkətlər (kuryer, nəqliyyat, poçt və s.) tərəfindən çatdırılmasına, çatdırılma sürəti və vaxtına görə heç bir məsuliyyət və cavabdehlik daşımır. Daşıyıcının rəsmi veb səhifəsində qeyd olunmuş çatdırılma müddətlərində daşıyıcıdan asılı olmayan səbəblərdən gecikmələrin yaranması mümkündür. Yüklərin çatdırılmasının üçüncü şəxslər (aviaşirkət, agent, poçt və s.) vasitəsilə həyata keçirilməsi zamanı gecikmələr və dayanmalara görə daşıyıcı məsuliyyət daşımır. Üçüncü şəxslərin (aviaşirkət, agent, poçt və s.) belə gecikmələrinə, bununla məhdudlaşmayaraq, aiddir: aviaşirkətin uçuşunda gecikmə, yükün daşınma üçün qəbul edilməsindən istənilən səbəbdən imtina olunması, uçuş planının dəyişdirilməsi yaxud pozulması, təyyarədə kifayət qədər yerin olmaması və s..

 

4. Daşınma şərtləri

4.1. Sifarişçinin yüklərinin, daşıyıcının müxtəlif ölkələrdəki anbarından Azərbaycan Respublikasına çatdırılma haqqı www.idostum.com saytında yerləşdirilib.

4.2. Yükün çatdırılma haqqı sifarişçinin şəxsi kabineti vasitəsilə yalnız onlayn ödənilə bilər.

4.3. İATA-nın (Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası) dərc etdiyi TACT Rules (Yük Hava Daşıma Təlimatı) qaydalarına əsasən hansı çox olduğundan asılı olaraq daşıma haqqının hesablanması üçün əsas kimi yükün həcm ölçüləri və yaxud faktiki çəkisi götürülür.

4.4. Sifarişçi, daşıyıcının internet səhifəsinin (www.idostum.com) “Qadağan edilmiş məhsullar” bölməsində qeyd olunan daşınması qadağan edilmiş əşyaların siyahısı ilə tanış olmalıdır.

4.5. Sifarişçinin sifarişləri, satıcı (və ya satıcılar) tərəfindən ayrı ayrı bağlamalarda (fərqli track/izləmə/ nömrələrlə) fərqli və ya eyni tarixdə anbara göndərilərsə, bağlamalar orijinal track/izləmə/ nömrələri ilə, ayrı ayrılıqda daşınmaya qəbul olunur və emal edilir.

4.6 Sifarişçi hazırkı şərtləri qəbul etməklə www.idostum.com saytında dərc olunmuş aşağıdakı hesablama vasitələri (online kalkulyatorlar) ilə tanış olduğunu və tam anladığını (riyazi ölçmə, parametrlərin konvertasiyası, həcmin ölçülməsi və s) təsdiq edir:

· Qiymət və çatdırılmanın hesablanması kalkulyatoru

· Çəki və həcm formulası

· Ölçü konvertoru

· Ölçülər cədvəli

· Qabarit çəki hesablamalar

4.7. Hazırkı və 4.5-ci maddələrdə nəzərdə tutulmuş şərtlərlə qeydiyyat zamanı tanış olan və onları qəbul edən sifarişçinin, sonradan daşıma haqqı, şərtləri, ödəniş və s., yəni yükün ona çatdırılması ilə əlaqədar daşıyıcının hazırkı şərtlərə tam riayət etdiyi təqdirdə sifarişçinin ona qarşı olan hər hansı bir tələbi əsassız sayılır. Misalcun - daşıma haqqının həcm və yaxud faktiki çəki üzrə hesablanması qaydası ilə tanış olmamış sifarişçinin sonradan yaranan tələbi əsassızdır və qəbul edilmir.

4.8. Daşıyıcı daşınma haqqı, şərtlər və ödəniş qaydalarına istənilən an dəyişikliklərin edilməsi hüququnu özündə saxlayır. Bu dəyişikliklər qəbul edilən andan dərhal sonra daşıyıcının rəsmi veb səhifəsində tanış olunması üçün dərc olunur.

4.9. Sifarişçi anlayır və qəbul edirki daşıma üçün daşıyıcının müvafiq ölkədə yerləşdiyi anbarına daxil olan yükün Azərbaycan Respublikasına göndərilməsi məqsədilə emalı (yenidən qablaşdırılması, paletə yığılması, hava limanına göndərilməsi), adi qaydada Azərbaycan Respublikasında qəbul edilmiş daşıma müqaviləsi/şərtləri/prosedurlarından fərqlidir. Bu məqsədlə sifarişçinin nəzərinə yükün daşıma üçün göndərilməsinə dair qısa məlumat verilir: Yüklər həftə ərzində daşıyıcının müvafiq ölkədə yerləşən anbarına daxil olur və orda daşıma üçün emal olunur (yenidən qablaşdırma, paletlərə yığılma, hava limanına göndərilmə) və müəyyən olunmuş günlər daşımaya göndərilir. Daşıyıcının anbarının digər ölkədə yerləşməsini nəzərə alaraq, saat fərqini nəzərə alaraq, elektron əlaqə vasitələrində yarana bilən gecikmələri və dayanmaları, daşıma prosesinə cəlb olunmuş üçüncü şəxslər və şirkətlərin işinə Azərbaycan Respublikası ərazisindən daşıyıcı tərəfindən tam nəzarətin edilə bilməməsini nəzərə alaraq, sifarişçinin gec məlumat verməsini və digər obyektiv halları nəzərə alaraq, sifarişçi tərəfindən yükün daşımasından imtina etməsi tələbi (İDOSTUM MMC-nin xidmətlərindən imtina etməsi) bəzi hallarda icrası mümkün olmaya bilər. Misalcun: sifarişçi yükün daşımasından imtina tələbini verdiyi zaman onun yükü artıq paletə yığılıb və daşıma üçün hava limanına göndərilib. Bu halda sifarişçi başa düşməlidir ki, onun yükün daşımasından imtinası səbəbindən, bütün göndərişi dayandıraraq paletləri yenidən söküb onun yükünü ayırmaq və geri qaytarmaq həm xərclər həmdə prosedur baxımından mümkünsüzdür. Lakin buna baxmayaraq, daşıyıcı sifarişçinin imtina tələbinə əsasən, onun yükünün daşıma üçün dayandırılması məqsədilə bütün mümkün, zəruri və ağlabatan tədbirləri görəcək.

4.10. Sifarişçi hazırkı şərtləri qəbul edən zaman tam olaraq anlayır və qəbul edirki, yükün daşımasından onun imtina tələbi daşıyıcı tərəfindən obyektiv səbəblərdən icra edilmədiyi halda, sifarişçinin daşıyıcıya heç bir iddiası və yaxud tələbi qəbul edilmir və əsassızdır.

4.11. Sifarişçi tərəfindən xidmətin ödənişi Azərbaycan Respublikasında şirkətin bank hesabının olduğu bankın (XALQ Bank ASC) ödəniş gününə olan məzənnəsi ilə Daşıyıcı tərəfindən xidmətin göstərildiyi valyutaya əsasən (Avropa ölkələrindən daşınma-AVRO, digər ölkələr-ABŞ dolları) Azərbaycan Respublikası manatı (AZN) ilə aparılır.

4.12. Sifarişçi gömrük rəsmiləşdirilməsi zamanı yük barədə tam və dolğun məlumatın verilməsinə və gömrük bəyannaməsinin düzgün doldurulmasına görə məsuliyyət daşıyır.

4.13. Sifarişçi anlayır və qəbul edir ki, Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən ölkəyə gətirilən sifarişləri, Gömrük orqanları tərəfindən hər hansı bir səbəbdən saxlanılan zaman, saxlanılma səbəbindən aslı olmayaraq daşınma haqqını ödəməli və gömrük rəsmiləşdirilməsi üçün Gömrük orqanlarına müraciət etməlidir.

4.14. Daşıyıcı bu şərtlərin 4.12-ci maddəsində nəzərdə tutulmuş tələblərin sifarişçi tərəfindən səhvən və yalnış təqdim etməsinə görə heç bir məsuliyyət daşımır.

 

5. Yükün saxlanması və təhvil verilməsi ilə bağlı şərtlər

5.1. Daşıyıcının Bakı və ya regionda (olduğu təqdirdə) yerləşən anbarına daxil olan yüklər 10 (on) gün ərzində  Daşıyıcının sifarişi təhvil verilməsi sifarişçi tərəfindən təmin edilməlidir. 10 gün ərzində həmin yüklərə anbar saxlama haqqı tətbiq edilmir.

5.2. Hazırkı şərtlərin 6.1-ci maddəsində nəzərdə tutulmuş müddət və şərtlər əsasında sifarişçi tərəfindən ötürüldüyü təqdirdə həmin yük təhvil verilməsi üçün sifarişçi tərəfindən Daşıyıcıya təmin edilənə qədər (çəki və yer sayından asılı olmayaraq) hər əlavə gün üçün 1 AZN miqdarında saxlama haqqı tutulur.

5.3. Daşıyıcı tərəfindən şifahi və yaxud yazılı (e-mail vasitəsilə) xəbərdarlıqların verilməsinin son həddi (yükün anbara daxil olduğu gündən) 3 (üç) ay müəyyən edilir. Sifarişçinin onun adına İDostum MMC-nin Azərbycan Respublikası ərazisində yerləşən anbarına daxil olmuş bağlamanı Daşıyıcnın təhvil verməsinə Sifarişçinin tərəfindən 3 (üç) ay ərzində təmin edilmədikdə daşıyıcı məhsulun məhv edilməsi hüququna malikdir.

5.4. Sifarişçinin onun adına xarici anbara daxil olmuş bağlamanın bəyannaməsinin doldurulmasına dair daşıyıcı tərəfindən şifahi və yaxud yazılı (e-mail vasitəsilə) xəbərdarlıqların verilməsinin son həddi (bağlamanın anbara daxil olduğu gündən) 30 (otuz) gün müəyyən edilir. 30 (otuz) gündən sonra şirkət məhsulun məhv edilməsi hüququna malikdir.

5.5. Sifarişçinin onun adına xarici anbarına daxil olmuş bağlamanın anbarda ödənişsiz saxlanılmasının son həddi 10 (on) gün müəyyən edilir. Nəzərdə tutulmuş müddət sifarişçi tərəfindən ötürüldüyü təqdirdə anbarda saxlanıldığı hər əlavə gün üçün hər 1 (bir) bağlamaya görə 1 ABŞ dolları miqdarında saxlama haqqı hesablanır.

5.6. Sifarişçi tərəfindən hər hansı səbəbdən yükün təhvil alınmasından imtina, yalnız, onun, şirkətin rəsmi veb-səhifəsində (şəxsi kabinet üzərindən) yaratdığı sorğudan  sonra qəbul edilir.

5.7. Hazırkı şərtlərin 6.3-cümaddəsində nəzərdə tutulmuş müddət ötdükdə və sifarişçi tərəfindən onun adına daxil olan yük qəbul edilmədikdə və ya həmin yükün aqibəti barədə heç bir rəsmi (şəxsi kabinet vasitəsilə) göstəriş verilmədiyi və yaxud sifarişçi tərəfindən yükdən rəsmən imtina edildiyi halda (şəxsi kabinet vasitəsilə), həmin yükün məhv edilməsi və yaxud satışa çıxarılması barədə qərar daşıyıcının mülahizəsi əsasında həll edilir.

5.8. Sifarişçinin adına daxil olan yükün Daşıyıcı tərəfindən sifarişçinin idostum.com internet səhiəsində daşıma xidməti ödəmə zamanı qeyd etdiyi və seçdiyi ünvana təhvil verilir.

5.9. Sifarişçi bağlamanı təhvil alarkən bağlamanın tam və zədəsiz halda olduğunu yoxladıqdan sonra təhvil almalıdır. Əks təqdirdə bağlamanın məhz daşınma zamanı zədələndiyi haqqında iddia qəbul edilmir.

5.10. Sifarişçi anlayır və qəbul edirki daşıyıcı beynəlxalq daşıma qaydalarına əsasən onun müvafiq ölkədə yerləşən anbarına sifarişçinin daxil olan yükün qablaşdırmasını, daşınma məqsədilə, yükü zədələməmək şərtilə, yenidən qablaşdırmaq hüququna malikdir - misalcun iri qabaritli qablamada olan kiçik ölçülü yükü ona uyğun olan kiçik qablamaya yerləşdirir.

 

6. Yükə baxışın keçirilməsi hüququ

6.1. Sifarişçi anlayır və qəbul edirki, daşıyıcının və yaxud hər hansı səlahiyyətli dövlət qurumunun (gömrük və s.) istənilən anda yükü açmaq və ona baxışın keçirilməsi hüququ vardır.

 

7. Yükün qorunmasına görə məsuliyyət

7.1. Daşıyıcının, sifarişçi tərəfindən internet üzərindən alınan və daşıyıcıya daşınma üçün verilən, yükün qorunmasına dair məsuliyyəti həmin yükün daşıyıcının müvafiq ölkədə yerləşən anbarına daxil olduğu andan başlayır və həmin yükün sifarişçiyə təhvil verilən anadək davam edir.

7.2. Daşıyıcı onun müvafiq ölkədə olan anbarına (həmin ölkənin kuryer və ya poçt vasitəsilə) zədələnmiş və yaxud sifarişçinin internet üzərindən sifariş etdiyi yükdən fərqli yük daxil olan hallara görə heç bir məsuliyyət daşımır.

 

8. Yükün sığortalanması, zədələnməsi və iddianın verilməsi

8.1. Daşıma üçün qəbul edilən yüklər sığortalanmır.

8.2. Sifarişçinin daşıma üçün daşıyıcıya təqdim etdiyi yük daşıyıcının məsuliyyəti çərcivəsində olduğu zaman sonuncunun qəsdən yol verdiyi hərəkətlər nəticəsində zədələnərsə və yaxud korlanarsa, sifarişçi zədə və yaxud korlanma faktına əsasən yükün tam invoys dəyərini və yaxud faktiki dəymiş ziyanı ödəyə bilər. Bağlamadaşıyıcının müvafiq ölkədə yerləşən anbarlardan hansısa birinə qəbul edilib, lakin, nəzərdə tutulmuş reyslə gəlmədiyi təqdirdə (bağlama itib yaxud onun barədə heç bir məlumat yoxdur), həmin bağlamanın daşıyıcı tərəfindən axtarışına 12 (on iki) iş günü vaxt ayrılır. Bağlamanın bu müddət ərzində tapılmadığı təqdirdə sifarişçiyə kompensasiya ödənilir. Kompensasiya o şərtlə ödənilir ki, sifarişçi yükün ona məxsus olduğunu və onun müvafiq qiymətə internet üzərindən aldığını sübut edən bütün məlumatları təqdim etsin. Bura aiddir:

· İnternet mağazanın təqdim etdiyi order, invoys (burada yükün/əşyanın şəkli, miqdarı, qiyməti, bağlamanın track nömrəsi və s. məlumatlar öz əksini tapır)

· Bank hesabından çıxarış (ödənişin təsdiqini sübut edən bildiriş) Daşıyıcı bağlamanın onun müvafiq ölkədə yerləşən anbarına qəbul edilmədiyini, sifarişçi isə kuryer şirkətlərinin saytına əsasən bu track nömrəli bağlamanın məhz bu ünvana çatdırıldığını israr edirsə, bu halda sifarişçi kuryer şirkətinin sözügedən bağlamanın daşıyıcıya təhvil verdiyini sübut edən sənəd təqdim etməlidir. Yalnız təqdim olunan bu sənəd əsasında yükün həqiqətən daşıyıcıya təhvil verildiyi sübut olunduqdan sonra (qəbul edən şəxsin imzası əsasında), sifarişçiyə kompensasiya verilir. Bunun üçün sifarişçi qeyd olunan sənədləri təqdim etməlidir:

· Mağazanın təqdim etdiyi order, invoys (burada əşyanın şəkli, miqdarı, qiyməti, bağlamanın track nömrəsi və s. məlumatlar öz əksini tapır)

· Bank hesabından çıxarış (ödənişin təsdiqini sübut edən bildiriş)

· Bağlamanın daşıyıcının anbarına qəbul edildiyini sübut edən imzalı sənəd.

 

9. Fors major

9.1. Tərəflər fors-major səbəblərinə görə hazırkı şərtlər üzrə götürülmüş öhdəlikləri vaxtında, tam və lazımınca icra edə bilmədikdə, həmin öhdəliyin icrası vəzifəsindən və bununla bağlı məsuliyyətdən müvafiq nisbətdə azad edilirlər. Bu maddədə “forsmajor” termininin işlədilməsi təbii fəlakətlər, epidemiya, partlayışlar, yanğınlar, zəlzələ, qasırğa, sunami, tufan, müharibə, vətəndaş müharibəsi, xarici dövlətlər tərəfindən hərbi müdaxilə, inqilablar, vətəndaş ixtişaşları və s. analoji səbəblər hökumətin və digər səlahiyyətli orqanların qanuni sərəncamları, həmçinin də ölkənin ərazisindən kənar gözlənilməz və həlli hökumət (və ya tərəflər) tərəfindən qeyri mümkün ola bilən səbəbləri özündə cəmləşdirir.

9.2. Yuxarıda göstərilmiş səbəblərin və zamanının hüquqi cəhətcə təsdiqi səlahiyyətli orqanlar tərəfindən verilmiş arayışlar əsasında müəyyən olunur.

9.3. Fors major hadisələri baş verdikdə müqavilənin şərtlərində göstərilən hüquq və vəzifələrin icrası vaxtı adı çəkilən hadisələrin müddəti dövrü qədər uzadılır.

9.4. Tərəflər bir-birini hazırkı şərtlərin yerinə yetirilməsini gecikdirən fors major səbəbinin başlanması və bitməsi məlumatını tez bir zamanda elektron poçt, teleqraf, teleks və ya telefaks ilə məlumatlandırmalıdır.

9.5. Tərəflər fors major hadisəsi baş verdiyi halda hər hansı maddi və ya mənəvi zərərin qarşısını almağa çalışmalıdır.

 

10. Digər müddəalar

10.1. Hazırki şərtlər Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi əsasında tənzimlənir.

10.2. Tərəflər arasında yaranan hər hansı anlaşılmazlıq və ya mübahisə qarşılıqlı anlaşma və razılıq əsasında həll olunur.

10.3. Tərəflər qarşılıqlı anlaşma və ya razılaşma əldə edə bilmədikləri halda Azərbaycan Respublikasının müvafiq məhkəməsinə müraciət edə bilərlər.